Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Heydər Əliyev Fondunun Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada təşkil etdiyi “Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda (MDU AAÖİ) “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfransın açılışı olub.
Noyabrın 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) XIV-XV əsrlərin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstünün təntənəli açılış mərasimi olub.
“Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq” mövzusunda növbəti beynəlxalq elmi konfrans keçirilib.
Noyabrın 9-da Bakı Kitab Mərkəzində məşhur hindistanlı yoqin və mistik Sadhquru (Caqqi Vasudev) ilə görüş və onun “Mənəvi quruculuq” kitabının təqdimatı keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Noyabrın 7-də Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.
Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Bravo” marketlər şəbəkəsinin metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən yeni hipermarketinin açılışında iştirak ediblər.
IDEA İctimai Birliyinin və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir.
Altıncı Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu pavilyonu da fəaliyyət göstərir.