“Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Abşeron Milli Parkı” sənədli filmi təqdim olunub 03/04/2018
Aprelin 3-də Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Abşeron Milli Parkı” sənədli filminin təqdimat mərasimi keçirilib.
Birinci vitse-prezident Mehriban Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edib 30/03/2018
Martın 30-da Bakıda, İçərişəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub.
Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub 09/03/2018
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olublar.
Heydər Əliyev Fondu uşaqlar üçün əyləncə proqramı təşkil edib 07/03/2018
Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib.
Leyla Əliyeva Dənizkənarı Milli Parkda açıq havada qurulmuş idman meydançasının rəsmi açılış mərasimində iştirak edib 05/03/2018
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində açıq havada qurulmuş idman meydançasının rəsmi açılışı olub.
Leyla Əliyeva “Bir ailə” bədii filminin təqdimat mərasimində iştirak edib 01/03/2018
Martın 1-də Nizami Kino Mərkəzi və “Ədibin Evi”nin təşkilatçılığı ilə Mir Cəlal Paşayevin 110 illik və Qara Qarayevin 100 illik yubileyləri münasibətilə Azərbaycan mədəniyyətinin bu görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir ailə” bədii filminin təqdimat mərasimi keçirilib.
Leyla Əliyeva “Xocalı 613” adlı klassik musiqi gecəsində iştirak edib 26/02/2018
Fevralın 26-da Heydər Əliyev Mərkəzində “Xocalı 613” adlı klassik musiqi gecəsi keçirilib.
Xocalı soyqırımında həlak olmuş 63 uşağın xatirəsini əbədiləşdirmək üçün 63 ağac əkilib 26/02/2018
Fevralın 26-da “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ağacəkmə aksiyası keçirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak ediblər 26/02/2018
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. 
Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı “Badam ağacı çiçəkləyəndə” tamaşasının təqdimatı olub 22/02/2018
Fevralın 22-də Akademik Milli Dram Teatrında Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı “Badam ağacı çiçəkləyəndə” tamaşasının premyerası olub.