Moskvada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Yaddaşın əbədiliyi” adlı gecə keçirilib 28/02/2017
Fevralın 28-də Moskvada, “Ukrayna” mehmanxanasının konqres salonunda “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Yaddaşın əbədiliyi” adlı gecə keçirilib.
Hər iki valideynini itirmiş xocalıların mənzilləri “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində təmir edilib 27/02/2017
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə  həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımında hər iki valideynini itirmiş uşaqlardan 16-nın Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində hökumət tərəfindən verilən mənzilləri əsaslı təmir olunub, mebel və məişət texnikaları ilə təmin edilib.
Nizami Kino Mərkəzində Xocalı soyqırımının 25 illiyi ilə bağlı “Sonsuz dəhliz” filminin nümayişi olub 26/02/2017
Fevralın 26-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Nizami Kino Mərkəzində “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib 26/02/2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yürüşdə iştirak ediblər.
Türkiyənin Bolu şəhərində “Xarıbülbül” abidəsinin açılışı olub 23/02/2017
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Türkiyənin Bolu şəhərindəki Qarabağ Parkında “Xarıbülbül” abidəsinin açılışı olub.
Mehriban Əliyeva Münxen Təhlükəsizlik Konfransında səhiyyə təhlükəsizliyi ilə bağlı panel-müzakirəni izləyib 18/02/2017
Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva fevralın 18-də 53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində səhiyyə təhlükəsizliyinə həsr olunan panel-müzakirəni izləyiblər.
Prezident İlham Əliyev və ailə üzvləri Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel-müzakirədə iştirak ediblər 18/02/2017
Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər mövzusuna həsr olunan panel-müzakirədə iştirak edib.
Leyla Əliyeva Münxen Təhlükəsizlik Konfransının açılış sessiyasında müzakirələrin gedişini izləyib 17/02/2017
Fevralın 17-də 53-cü Münxen Təhlükəsizlik Konfransının açılış sessiyası olub.
Leyla Əliyevanın təşəbbüsü ilə İvanovoda RAGB-nin IV Qış Liderlik Məktəbi açılıb 02/02/2017
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Gəncləri Günündə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) İvanovo şəhərində IV Qış Liderlik Məktəbi açılıb. Tədbir Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) İvanovo regional bölməsinin təşkilati dəstəyi ilə keçirilir.
Leyla Əliyeva Dünya İqtisadi Forumunun keçirildiyi Konqres Mərkəzində olub 18/01/2017
Yanvarın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dünya İqtisadi Forumunun keçirildiyi Konqres Mərkəzində olub.