Qax Dövlət Yasaqlığındakı ceyranların sayı artaraq 71 başa çatıb 16/01/2017
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Azərbaycanda ceyranların əzəli təbii yaşayış mühitinə qaytarılması – reintroduksiyası layihəsi üzrə işlər uğurla davam etdirilir.
Heydər Əliyev Fondu uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib 29/12/2016
Dekabrın 29-da Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində “Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik təşkil edib.
Bakının Zabrat qəsəbəsində əlillər üçün sosial reabilitasiya mərkəzləri və sığınacaqlar kompleksi istifadəyə verilib 29/12/2016
Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunmuş yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, həmçinin yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin açılışı olub.
Prezident İlham Əliyev və ailə üzvləri Bakıda Uşaq Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak ediblər 29/12/2016
Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Nərimanov rayonunda Uşaq Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.
Marionet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının tamaşası göstərilib 28/12/2016
Dekabrın 28-də Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının marionet tamaşası göstərilib.
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən tədbir keçirilib 28/12/2016
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Moskvada tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində “Kukla incəsənətdə” sərgisi açılıb 27/12/2016
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
Leyla Əliyevanın təşəbbüsü ilə poeziya gecəsi keçirilib 23/12/2016
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Söz” ədəbi layihəsi çərçivəsində poeziya gecəsi keçirilib.
Leyla Əliyeva Rəssamlıq Akademiyası və Milli Onkologiya Mərkəzində olub 22/12/2016
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 22-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olub.
“Zima” Uşaq Estrada Musiqisi Festivalı: Bu, necə oldu 17/12/2016
Dekabrın 17-də ölkənin baş səhnəsində - Heydər Əliyev Sarayında “Zima” Uşaq Estrada Musiqisi Festivalı böyük uğurla başa çatıb.