Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyə Respublikasına səfər ediblər 14/11/2015
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən Sammitində iştirak etmək üçün noyabrın 14-də Türkiyə Respublikasına işgüzar səfər ediblər.   Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyə Respublikasına səfər ediblər
“Baku Corner” konsepsiyasının təqdimatı olub 13/11/2015
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq “Baku Corner” adlı xeyriyyə məqsədi daşıyan ədalətli ticarət konsepsiyası təsis edilib. Noyabrın 13-dən etibarən yeni layihə - “Baku Corner” (www.bakucorner.az) ictimaiyyətin istifadəsinə təqdim olunur.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün şənlik təşkil olunub 13/11/2015
Heydər Əliyev Fondu uşaqlara növbəti dəfə sevinc bəxş edib. Noyabrın 13-də Fondun təşəbbüsü ilə uşaqlar üçün şənlik təşkil olunub.
Müasir İncəsənət Muzeyində Aida Mahmudovanın “Elysium” adlı fərdi sərgisi açılıb 13/11/2015
Noyabrın 13-də Müasir İncəsənət Muzeyində istedadlı gənc rəssam Aida Mahmudovanın “Elysium” adlı fərdi sərgisi açılıb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərdəkan və Binədə körpələr evi-uşaq bağçaları istifadəyə verilib 12/11/2015
Noyabrın 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Mərdəkan və Binə qəsəbələrində körpələr evi-uşaq bağçalarının açılışında iştirak ediblər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin ilə görüşüb 12/11/2015
Noyabrın 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin ilə görüşüb.  
Leyla Əliyeva: “Baku” jurnalının sayəsində bir-birimizə daha yaxın oluruq” 12/11/2015
“Baku” beynəlxalq jurnalının 50-ci, yubiley nömrəsi çapdan çıxıb.
“Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində keçiriləcək aksiyada 20 min ağac əkiləcək 11/11/2015
İDEA İctimai Birliyinin təşəbbüsünə qoşulan gəncəli gənclər noyabrın sonunadək növbəti ağacəkmə aksiyası keçirəcəklər. “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində keçiriləcək marafonun əsas məqsədi ətraf mühiti mühafizə etməkdir.
Xocalı soyqırımına həsr edilmiş “Sonsuz dəhliz” filmi nüfuzlu Milan festivalının mükafatına layiq görülüb 10/11/2015
Litvalı müstəqil rejissor Aleksandras Brokasın rejissoru olduğu “Sonsuz Dəhliz” (“Endless Corridor”) sənədli filmi ötən həftə 2015-ci il Milan Beynəlxalq Film Festivalında “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyasında mükafata layiq görülüb.
J.Qolubitskaya: Ölkələrimiz arasında nəinki dostluq və anlaşma, həm də əməkdaşlıq var 06/11/2015
Rusiyanın “Moskovski komsomolets” qəzetinin müxbiri Janna Qolubitskaya Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) VI Forumunun işində iştirak edib və təəssüratlarını bölüşüb.