Fevralın 10-da Londondakı “Christie`s” hərrac evində Heydər Əliyev Fondunun dəstəyi, hərrac evinin və “YARAT!” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə müasir incəsənət nümunələrinə xüsusi baxış və ziyafət gecəsi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi gecədə Azərbaycanın və Böyük Britaniyanın nüfuzlu şəxsləri, parlament üzvləri, ictimai xadimlər, incəsənət adamları, dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar var idi.