Fevralın 16-da Londonda məşhur rusiyalı fotoqraf Georgi Pinxasovun fotolarından ibarət “Bakıya sevgi ilə” adlı sərgi keçirilib. Sərgi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyevanın, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və “Maqnum” agentliyinin təşkilatçılığı ilə baş tutub.