Leyla Əliyeva “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisinin açılış mərasimində iştirak edib
24/10/2018

Oktyabrın 24-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

Sərgi Bakıda keçirilən “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində təşkil edilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin rəisi Əsgər Ələkbərov və İstanbul Əskəri Muzeyinin əməkdaşı Ömər Faruq Aslan sərginin açılış mərasimində çıxış ediblər.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının Xalq artisti Fəxrəddin Dadaşovun rəhbərliyi ilə "Əsrlərin sədası" qədim musiqi alətləri ansamblı çıxış edib.

Sərgi 2019-cu il yanvarın 23-dək davam edəcək.