Leyla Əliyevaya “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı təqdim edilib
12/09/2012

Həştərxan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni medalının təqdim edilməsi mərasimi olub.

Həştərxan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni medalının təqdim edilməsi mərasimi olub.

Mərasimdə çıxış edən Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin həştərxanlıları Azərbaycanla ümumi Xəzər dənizinin birləşdirdiyini xatırladəb, məqsədlərinin təbiəti qorumaq olduğunu söyləyib. Qubernator deyib: “Həştərxanlılar tarixən həmişə Azərbaycan xalqına məhəbbətlə yanaşıblar. Buna görə də hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişaf dinamikası ürək açır. Bugünkü tədbirlər – Dostluq körpüsünün, Uşaq şəhərciyinin açılışı, müqəddəs knyaz Vladimirin gələcək abidəsi yerində təməl daşının qoyulması bunu təsdiq edir”.

O, Həştərxanda həyata keçirilən layihələrə, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə yönəldilmiş səylərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna həştərxanlılar adından minnətdarlığını bildirib.

Yüksək mükafata görə təşəkkürünü bildirən Leyla Əliyeva isə deyib: “Həştərxan gözəl şəhərdir, lakin burada mənə daha çox xoş gələn insanlardır. Çünki sizin hərarətinizi duymamaq mümkün deyil. Qarşıda bizim hələ çox layihələrimiz olacaq”.

***

Mükafatın təqdim edilməsindən sonra Rusiya və Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı olub. Səhnəyə, həmçinin Azərbaycanın Xalq Artisti Polad Bülbüloğlu çıxıb.