Prezident İlham Əliyev və ailə üzvləri London Olimpiyadasında yunan-roma güləşi yarışlarini izləyiblər
05/08/2012

Avqustun 5-də Olimpiya Oyunlarında güləş yarışları başlayıb. Azərbaycan idmançılarına dəstək vermək üçün dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə yunan-Roma güləşi yarışlarına baxıb. Güləşçilərimizdən Rövşən Bayramov gümüş, Emin Əhmədov isə bürünc medal qazanıblar.

Yunan-Roma güləşi üzrə 55 və 74 kiloqram çəki dərəcələrində yarışlar başa çatdıqdan sonra Prezident İlham Əliyev yunan-Roma güləşi üzrə Azərbaycan seçmə komandasının baş məşqçisi Saleh Bora ilə görüşüb. Dövlətimizin başçısı Azərbaycan idmançılarının çıxışlarını yüksək qiymətləndirib, baş məşqçidən uğurlu çıxışlarına görə Rövşən Bayramov və Emin Əhmədova da təbriklərini çatdırmağı xahiş edib.