Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Aprelin 1-nə keçən gecə Faberje şirkəti yeni “Big Egg Huntt” seriyasından olan yumurtaların axırıncı dəstini Nyu-York küçələrinə çıxarıb.
2014-cü il aprelin 1-dən 24-dək nyuyorklular dünyanın ən böyük yumurta “ovuna” çıxacaqlar. Turistlər və şəhər sakinləri istedalı rəssamlar, dizaynerlər, memarlar və zərgərlər tərəfindən nəfis hazırlanmış 300-dən çox nəhəng yumurtaya tamaşa etmək imkanı qazanacaqlar. Pasxa bayramınadək bütün yumurtalar Rokfeller Mərkəzində toplanacaq və Sotbis hərracında satılacaq. Əldə olunan vəsait uşaq rəssamlıq studiya-məktəblərinin dəstəklənməsi üzrə Nyu-York xeyriyyə təşkilatının (Studio in a School) və kökü kəsilməkdə olan Asiya fillərinin qorunub saxlanması ilə məşğul olan Elephant Family təşkilatının hesabına köçürüləcək.
Londonda olduğu kimi, Nyu-Yorkda da “Baku” jurnalı yumurta səbətlərindən birinin sponsorudur. Bu səbətdəki Faberje yumurtaları üç müasir Azərbaycan rəssamı – Faiq Əhmədov, Rəşid Ələkbərov və Leyla Əliyeva üçün yaradıcılıqlarını dünyaya tanıtmaq baxımından daha bir fürsətidir. Bu rəssamlar Faberje yumurtalarının hazırlanmasında geniş vasitələrdən və obrazlardan istifadə ediblər. Leyla Əliyevanın Azərbaycan mədəniyyətindən bəhrələnərək hazırladığı unikal Faberje yumurtasında güllər və quş qatarı təsfir olunub.
Müasir rəssamlıq formalarını ənənəvi materiallarla uzlaşdırmaq bacarığı ilə seçilən Faiq Əhmədin ətraf aləmə məxsusi baxışları var. Təsadüfi deyil ki, onun hazırladığı reallığa və insan məntiqinə zidd təsvirlərlə bəzədilmiş “Oyanmış nəbz” yumurtası ənənəvi formalarla münaqişəyə girir. Fərdi üsluba üstünlük verən Rəşad isə yumurtanı dəmir qabığa bükməklə, onu ətraf mühitin təhlükələrindən və təhdidlərindən qoruyur.