Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvadakı general Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni komponentli məktəbin şagirdləri Moskvadakı Müasir Rusiya Tarixi Dövlət Mərkəzi Muzeyinin binasında keçirilmiş bayram tədbirində iştirak ediblər.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Müasir Rusiya Tarixi Dövlət Mərkəzi Muzeyi və Rusiya Mədəniyyət Fondunun “Açıq tarix dərsi” Beynəlxalq Proqramlar Müdiriyyəti tərəfindən təşkil edilmiş bayram tədbirində Xilaskar İsa Məbədi Bazar günü məktəbinin yetirmələri və Y.Nikulin adına internat məktəbinin şagirdləri də iştirak ediblər.
Beynəlxalq Proqramlar Müdiriyyətinin direktoru, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Tatyana Şumova Beynəlxalq Proqramlar Müdiriyyətinin uşaq layihələrinin dəstəklənməsinə görə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə və nümayəndəliyin rəhbəri Leyla Əliyevaya təşəkkürünü bildirib.
Uşaqlar muzeyi gəziblər. Sonra muzeyin İngiltərə klubunun kamera zalında Akademik Musiqi Kollecinin uşaq musiqi məktəbinin şagirdləri rus və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.
Şənlikdə iştirak edənlərə tədbirin təşkilatçıları adından hədiyyələr təqdim olunub. Sonda Azərbaycan şirniyyatı ilə çay süfrəsi açılıb.