Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva birinci Avropa Oyunları çərçivəsində taekvondo yarışlarını izləyiblər

Video

18/06/2015

İyunun 18-də birinci Avropa Oyunları çərçivəsində taekvondo yarışları keçirilib. Yarışda iki idmançımız fərqlənib. Milad Beiqi Harçeqani qızıl, Fəridə Əzizova isə gümüş medalın sahibi olublar. Bununla da birinci Avropa Oyunlarında Azərbaycanın aktivinə yazılan qızıl medalların sayı 12-yə çatıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri “Baku Crystal Hall”da keçirilən yarışları izləyiblər.

Kişilər arasında 80 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Milad Beiqi Harçeqani Finalda Rusiyadan olan rəqibi Albert Quanı 9:4 hesabı ilə məğlub edərək çempion adını qazanıb.

Sonra mükafatlandırma mərasimi olub.

Prezident İlham Əliyev qalib idmançılara medalları təqdim edib.

Qadınlar arasında 67 kiloqram çəkidə dünya çempionu Fəridə Əzizova isə finalda Rusiya idmançısı Anastasiya Barişnikovaya qalib gələ bilməyib və gümüş medalla kifayətlənməli olub.