Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Türkiyənin Bolu şəhərindəki Qarabağ Parkında “Xarıbülbül” abidəsinin açılışı olub. Abidə “Yeni Yurd Sosial İnkişaf” və “Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutu” ictimai birliklərinin təşəbbüsü ilə ucaldılıb.
Bolu Böyükşəhər Bələdiyyəsinin himayəsi ilə keçirilən tədbirdə Bolu vilayətinin valisi Aydın Baruş, bələdiyyənin sədri Alaeddin Yılmaz, Xocalı sakini Aqil Məmmədov, heykəltəraş Akif Əsgərov, Azərbaycan Milli Elmlər Akademiyasının professoru Asif Rüstəmli, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədr müavini Dilbər Sultanova, Bosniya və Herseqovinanın Zivilcə bələdiyyəsinin sədri Samir Eminoğlunun başçılıq etdiyi nümayəndə heyəti, Türkiyə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra tədbiri giriş sözü ilə açan Bolu Böyükşəhər Bələdiyyəsinin sədr müavini Emine Davarçıoğlu açılışı keçirilən abidə və Xocalı soyqırımı barədə ümumi məlumat verib.
Sonra Milli Məclisin deputatı Qənirə Paşayeva və “Yeni Yurd Sosial İnkişaf” İctimai Birliyinin sədri Mahirə Əsədova Xocalı soyqırımı səbəbləri və nəticələri barədə danışıblar. Çıxışlarda qeyd olunub ki, Xarıbülbül işğal altındakı Qarabağ torpağının təbii simvoludur. Azərbaycan bu simvolla bağlı xoş xatirələri xalqımızın tarixi yaddaşında indiyə qədər yaşada bilib.