Fransanın Kann şəhərində “Bakı - Avropa Oyunları - 2015”in təntənəli təqdimatı olub 09/07/2014
İyulun 9-da Fransanın Kann şəhərində “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində “Bakı - Avropa Oyunları - 2015”in təntənəli təqdimatı olub.
IDEA İctimai Birliyi Heydər Əliyev Mərkəzi ilə birgə “Mənim eko hekayəm” adlı müsabiqə elan edib 08/07/2014
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Heydər Əliyev Mərkəzi ilə birgə “Mənim eko hekayəm” adlı sosial-ekoloji müsabiqə elan edib.
Leyla Əliyevanın adından Moskvada iftar süfrəsi açılıb və Azərbaycan Respublikası Günü təşkil edilib 03/07/2014
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada iftar süfrəsi açılıb və Azərbaycan Respublikası Günü təşkil edilib.
Leyla Əliyeva Londonda Xocalı soyqırımına həsr edilmiş “Sonsuz dəhliz” sənədli filminin premyerasında olub 01/07/2014
Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin premyerası keçirilib.
London Dizayn Muzeyi Heydər Əliyev Mərkəzini qalib elan edib 30/06/2014
İyunun 30-da London Dizayn Muzeyinin 2014-cü il üzrə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Bakının müasir simvollarından olan Heydər Əliyev Mərkəzi arxitektura sahəsində qalib elan olunub.
Londonda “Qəbələ” İdman Klubu boksçularının iştirakı ilə xeyriyyə matçı keçirilib 28/06/2014
Avropa Azərbaycan Cəmiyyəti (AAC) və Böyük Britaniyada fəaliyyət göstərən “Mo Farah” xeyriyyə fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Qaçqınlar Günü münasibətilə Londonun “York Hall Leisure Centre” arenasında boks üzrə xeyriyyə matçı və qala-gecə keçirilib.
Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşəbbüsü ilə Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib 27/06/2014
Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin birgə təşəbbüsü ilə Bakı şəhərinin Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.
Leyla Əliyevanın “Həyat” kollajı Londonda hərraca çıxarılır 25/06/2014
Dünyanın ən böyük hərrac evlərindən olan “Kristi” Londonun qədim “Old Vic”  teatrının dəstəklənməsinə yönəldilmiş onlayn hərrac elan edib.
“Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyinin təqdimatı olub 20/06/2014
İyunun 20-də Bakıda “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik əsərin təqdimat mərasimi olub.