Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri oktyabrın 19-da Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.
Oktyabrın 16-da Yekaterinburq rəhbərinin kitabxanasında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan Respublikası” mövzusunda daimi fəaliyyətdə olan sərgi ekspozisiyasının açılış mərasimi keçirilib.
Moskva və bütün Rusiyanın Patriarxı Kirillin sərəncamı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiyada nümayəndəliyinin rəhbəri Leyla Əliyeva III dərəcəli Müqəddəs Apostola bərabər Knyaginya Olqa ordeni ilə təltif edilib.
Oktyabrın 7-də Bakının Nizami rayonunda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblər.