Leyla Əliyeva Venesiya Biennalesi çərçivəsində Azərbaycan pavilyonunun rəsmi açılışında iştirak edib 01/06/2013
Mayın 31-də 55-ci Ümumdünya təsviri incəsənət sərgisi - Venesiya Biennalesi çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonunun rəsmi açılış mərasimi olub.
Leyla Əliyeva Venesiyada Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətinin nümayiş olunduğu sərginin açılışında iştirak edib 30/05/2013
Mayın 30-da İtaliyanın Venesiya şəhərində 55-ci Beynəlxalq Venesiya Biennalesi çərçivəsində Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətinin nümayiş olunduğu sərgi açılıb.
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada RAGB-nin illik “Nə? Harada? Nə vaxt?” turniri təşkil edilib 27/05/2013
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada RAGB-nin illik “Nə? Harada? Nə vaxt?” turniri təşkil edilib.
Leyla Əliyeva: “Diasporun möhkəmləndirilməsi sahəsində siyasətin təkmilləşdirilməsi Azərbaycanın əsas dövlət prioritetlərindən biridir” 21/05/2013
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Forumu Azərbaycan diasporunun əhəmiyyətli tədbirlərindən biri kimi nüfuza malikdir. Bu barədə bazar ertəsi Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın UAGB-nin III Forumunun iştirakçılarına ünvanladığı məktubda deyilir.
Vyanada “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi açılıb 15/05/2013
Mayın 14-də Vyanada Heydər Əliyev Fondunun, “Baku” jurnalının və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Vyana İncəsənət Tarixi muzeyində “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisinin rəsmi açılışı olub.
Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisi açılıb 13/05/2013
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində mayın 12-də Bakıda “Yer kürəsi uşaqların gözü ilə” devizi altında gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisi açılıb.
IDEA quş sığınacaqları Bakının müxtəlif ərazilərində quraşdırılıb 13/05/2013
IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) Kampaniyası hər il may ayının 11-12-də qeyd olunan Dünya Köçəri Quşlar Günü münasibətilə Bakı şəhərinin müxtəlif ərazilərində quş sığınacaqları quraşdırıb.
“Azərbaycan qadını” jurnalının yaz buraxılışı təqdim olunub 12/05/2013
Mayın 11-də Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan qadını” jurnalının yaz buraxılışının təqdimat mərasimi keçirilib.
Günəşə qovuşmaq istəyi... 10/05/2013
10 may... Görkəmli dövlət və siyasət xadimi, ümummilli liderin doğulduğu tarix. Onun üçünsə bu tarix, ilk növbədə, sevimli babasının doğum gunu idi...
Leyla Əliyeva Gül bayramında iştirak edib 10/05/2013
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda Gül bayramı təşkil edilib.