Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “RAGB-Fashion Day” moda müsabiqəsi keçirilib
05/05/2013
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə mayın 5-də Moskvanın mərkəzindəki “MOD-Design” Müasir Dizayn və İnnovasiyalar Mərkəzində gənc Rusiya və Azərbaycan dizaynerlərinin “AMOR-Fashion Day” moda müsabiqəsi keçirilib. RAGB və “Baku” beynəlxalq jurnalının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Rusiyanın gənc dizaynerləri ən yeni geyim kolleksiyalarını təqdim ediblər.
Moskvada mini-futbol üzrə “Heydər Əliyev Kuboku” illik turniri keçirilib
04/05/2013
Mayın 4-də Moskvada “Lujniki” stadionunda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının mini-futbol üzrə “Heydər Əliyev Kuboku” turniri keçirilib. Tamaşaçılar arasında RAGT-nin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da olublar.