IDEA kampaniyası yeni qlobal layihəyə start verir 22/02/2013
Müasir dünyada baş verən antropogen proseslər nəticəsində planetimizdə yaranan qlobal ekoloji problemlərin sürətlə artması ekosistemlərin deqradasiyaya uğramasına, bitki və heyvanat növlərinin məhv olmasına səbəb olmaqdadır.
Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə tədbiri keçirilib 20/02/2013
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Lipetsk vilayətindəki bölməsi qurumun sədri Leyla Əliyevanın təşəbbüsü ilə növbəti xeyriyyə tədbiri keçirib. RAGB-ın nümayəndələri bu dəfə Lipetsk şəhərindəki 2 nömrəli internat-məktəbdə olublar.  
Leyla Əliyeva Londonda incəsənət sərgisində iştirak edib 10/02/2013
Fevralın 10-da Londondakı “Christie`s” hərrac evində Heydər Əliyev Fondunun dəstəyi, hərrac evinin və “YARAT!” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə müasir incəsənət nümunələrinə xüsusi baxış və ziyafət gecəsi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi gecədə Azərbaycanın və Böyük Britaniyanın nüfuzlu şəxsləri, parlament üzvləri, ictimai xadimlər, incəsənət adamları, dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar var idi.
`Xocalıya ədalət` kampaniyası çərçivəsində yeni sayt yaradılıb 09/02/2013
İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kompaniyasına dəstək olaraq, Qazaxıstanın  Aktau şəhərindəki Baş konsulluğumuz tərəfindən Qazaxıstanın informasiya məkanında sayt yaradılıb. www.xocali.kz saytı əsasən rusdilli oxucular üçün nəzərdə tutulub.
Leyla Əliyeva ÜAK Mərkəzi Şurasının iclasında iştirak edib 05/02/2013
Fevralın 5-də Moskvanın “Prezident” hotelində Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Mərkəzi Şurasının növbədənkənar iclası keçirilib. İclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak edib.
Moskvada “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti sərgisi” açılıb 04/02/2013
Fevralın 4-də Moskvanın məşhur “Multimedia Art Muzey”ində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın Rusiyadakı səfirliyinin və “Baku” jurnalının birgə təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti sərgisi” açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi açılış mərasimində Rusiyanın nüfuzlu şəxsləri, ictimai xadimləri, incəsənət adamları, dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar var idi.  
Leyla Əliyeva: “Baku” jurnalının beş yaşı var. Bu illər axtarışlar və tapıntılar dövrü olub” 22/01/2013
“Baku” jurnalının beş yaşı var. Bu illər axtarışlar və tapıntılar dövrü olmuşdur. Bu illərin ən böyük tapıntısı sizsiniz, bizim mehriban və qədirbilən oxucularımız! Biz sizə qədim və həmişə müasir olan Bakının gözəlliklərini göstərmişik, sizi Azərbaycanın tarixi və mədəniyyəti, ənənələri və mətbəxi ilə, taleləri bizim şəhərlə bağlı olan qeyri-adi insanlarla tanış etmişik. Biz öz arzu və niyyətlərimizi sizinlə bölüşmüşük, jurnalımızın üz qabığını çevirib onu vərəqləyən hər kəsə maraqlı səyahətlər, özünü mehriban dost kəşf etmiş əsl Kolumb kimi hiss etmək imkanı təklif etmişik.
Leyla Əliyeva “PAT vəziyyəti” adlı sərgiyə baxıb 15/01/2013
Yanvarın 15-də “YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” qalereyasında “PAT vəziyyəti” adlı sərgi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva sərgiyə baxıblar.  
Leyla Əliyeva “Bacarıqlı əllərin böyük işləri” adlı sərginin açılışında iştirak edib 14/01/2013
Yanvarın 14-də Heydər Əliyev Fondunun və Müasir İncəsənət Muzeyinin birgə layihəsi əsasında Nizami rayon 1 nömrəli uşaq evinin sakinlərinin əl işlərindən ibarət “Bacarıqlı əllərin böyük işləri” adlı sərgi açılıb.
Leyla Əliyeva “Nargis” jurnalının rəsmi təqdimat mərasimində iştirak edib 13/01/2013
Yanvarın 13-də “Four Seasons Hotel Baku” otelində rus dilində nəşr edilən “Nargis” jurnalının ilk nömrəsinin rəsmi təqdimatı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.