Leyla Əliyevaya BMT-nin sertifikatı və xüsusi vəsiqəsi təqdim olunub 22/11/2011
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 22-də Fondda BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi Fikrət Akçuranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bakıda “Baku” jurnalının ingilis dilində ilk nəşrinin təqdimatı keçirilib 17/11/2011
Noyabrın 17-də Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın redaktoru olduğu “Baku” jurnalının ingilis dilində ilk nəşrinin təqdimat mərasimi keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət xadimləri, xarici ölkələrin səfirləri iştirak ediblər.
Leyla Əliyeva Mərkəzi Neftçilər Xəstəxanasında yaradılan şəraitlə tanış olub 15/11/2011
Noyabrın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi əsaslı təmirdən və mükəmməl texniki təchizatdan sonra istifadəyə verilib.
Leyla Əliyeva Talassemiya mərkəzində müalicə olunan uşaqlara baş çəkib 15/11/2011
Noyabrın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA) təsisçisi Leyla Əliyeva Bakıdakı Talassemiya Mərkəzi ilə tanış olub.
Moskvada populyar “Baku” jurnalının ingilisdilli versiyasının təqdimatı olub 11/11/2011
Moskvadakı Ostojenka küçəsində yerləşən “Multmedia Art Muzey”də populyar “Baku” jurnalının ingilisdilli “Baku İnternational” versiyasının birinci nömrəsinin təqdimatı keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva mərasimdə iştirak edib.
Leyla Əliyeva Rusiyanın İTAR-TASS agentliyində mətbuat konfransı keçirib 10/11/2011
“Baku” jurnalının “Baku İnternational” adlanan ingilisdilli versiyasının Böyük Britaniyada çapdan çıxması münasibətilə Moskvada keçiriləcək təqdimat mərasimi ərəfəsində Rusiyanın İTAR-TASS agentliyində Heydər Əliyev Fondunun vitse-prezidenti, jurnalın baş redaktoru Leyla Əliyevanın mətbuat konfransı keçirilib.[divider]
Leyla Əliyeva Nyu-Yorkda Azərbaycan incəsənətinin ABŞ-da daha yaxşı tanıdılması yollarını müzakirə edib 02/11/2011
Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – IDEA-nın (International Dialogue for Environmental Action) təsisçisi Leyla Əliyeva ABŞ-ın “Uşaqların Xərçəng və Qan Fondu”nun (CCBF) dəvəti ilə Nyu-Yorkda səfərdədir.
Leyla Əliyevaya Nyu-Yorkda “Həyata Açar” fəxri mükafatı təqdim edilib 01/11/2011
Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – IDEA-nın (International Dialogue for Environmental Action) təsisçisi Leyla Əliyeva ABŞ-ın “Uşaqların Xərçəng və Qan Fondu”nun (CCBF) dəvəti ilə Nyu-Yorkda səfərdədir.
Böyük Britaniya “Baku” jurnalı ilə Azərbaycanı yenidən kəşf edir 27/10/2011
Oktyabrın 27-də Londonda “Baku” beynəlxalq jurnalının geniş oxucu kütləsi üçün təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, jurnalın baş redaktoru Leyla Əliyeva iştirak edib.
Bakıda Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında Anlaşma Memorandumu imzalanıb 21/10/2011
Oktyabrın 21-də “Hilton Baku” otelində Heydər Əliyev Fondu ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “2012-ci ildə keçiriləcək Rio+20 konfransına hazırlıq məqsədilə Azərbaycan gənclərinin səfərbər edilməsi” adlı Anlaşma Memorandumu imzalanıb.