Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada Azərbaycan Mədəniyyət Mərkəzi açılıb 19/10/2011
Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi olub.
Leyla Əliyeva Londonda “Baku” jurnalının ingilisdilli versiyasının təqdimat mərasimində iştirak edib 04/10/2011
Rusiyada çıxan populyar “Baku” jurnalı yayım coğrafiyasını genişləndirir. Oktyabrın 4-də Londonda jurnalın ingilisdilli versiyasının ilk nömrəsinin təqdimatının keçirilməsi bunun əyani təsdiqidir.
Böyük Britaniyanın “Haffinqton post” qəzetində Leyla Əliyevanın məqaləsi dərc olunub 05/09/2011
Böyük Britaniyanın nüfuzlu “Haffinqton post” qəzetində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, “Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq” kampaniyasının təsisçisi Leyla Əliyevanın “Yaşıl gündəlik: sərhədləri aşaraq” başlıqlı məqaləsi dərc olunub.
Müasir İncəsənət Muzeyində “Azərbaycan əcnəbilərin gözü ilə” adlı fotosərgi açılıb 12/07/2011
İyulun 12-də Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən Müasir İncəsənət Muzeyində “Azərbaycan əcnəbilərin gözü ilə” adlı fotosərgi açılıb.
Leyla Əliyeva “Tərəqqi” medalı ilə təltif olunub 05/07/2011
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə təltif olunmuş bir qrup ictimai xadimə iyulun 5-də Heydər Əliyev Sarayında, Dünya azərbaycanlılarının III qurultayında fasilə zamanı “Dostluq” ordenini və “Tərəqqi” medalını təqdim edib.
Sankt-Peterburqun qubernatoru Valentina Matviyenko Leyla Əliyeva ilə görüşüb 06/06/2011
Sankt-Peterburq Azərbaycanla humanitar əlaqələri möhkəmləndirir.
Leyla Əliyeva Sankt-Peterburqda Nizami Gəncəvinin adını daşıyan bağın açılışında iştirak edib 05/06/2011
İyunun 5-də Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə onun adını daşıyan bağın təntənəli açılışı olub.
Leyla Əliyeva Sankt-Peterburqda RAGT-ın konfrasında iştirak edib 04/06/2011
İyunun 4-də Sankt-Peterburqun Tavriya Sarayında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) üçüncü konfransı keçirilib. Konfrans gənclər təşkilatının ötən iki ildə fəaliyyətinə yekun vuraraq, gələcək inkişaf strategiyasını müəyyənləşdirilib.
Leyla Əliyeva Rusiyanın nüfuzlu “RİA-Novosti” agentliyinə müsahibə vermişdir 19/05/2011
Xəbər verildiyi kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə mayın 17-də Moskvada, Dövlət Kreml sarayında Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. 
Moskvada “Azərbaycan gecəsi” adlı təntənəli mərasim keçirilib 17/05/2011
Mayın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın paytaxtı Moskvada Azərbaycanın müstəqilliyinin yenidən yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan gecəsi” adlı təntənəli mərasim keçirilib. Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan və Dövlət Kreml Sarayında keçirilən mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Rusiyanın birinci xanımı Svetlana Medvedeva iştirak ediblər.