Moskvada Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr edilmiş konfrans keçirilib 17/12/2009
Dekabrın 17-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (Universitetində) (MDBMİ (U)) Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinə həsr edilmiş konfrans keçirilib.
Rusiyanın səhiyyə və tibb sistemində işləyən azərbaycanlılarla görüş 03/12/2009
Dekabrın 3-də Azərbaycanın Rusiyadakı səfirliyində Rusiyanın səhiyyə və tibb sistemində işləyən azərbaycanlılarla görüş olmub. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və ölkəmizin Rusiyadakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə səhiyyə sahəsinin 50-yə yaxın işçisi iştirak edib.
Moskvada “Bakıya məhəbbətlə” fotosərgisi açılıb 27/11/2009
Noyabrın 27-də Moskvadakı “Manej” Mərkəzi Sərgi Salonunda məşhur fotorəssam Georgi Pinxasovun “Bakıya məhəbbətlə” adlı fotosərgisinin təntənəli açılış mərasimi olub. Fotosərgini “Baku” jurnalı “Moskovski dom fotoqrafii” muzeyi, Moskva Hökuməti və Moskvanın Mədəniyyət Departamenti ilə birlikdə təşkil edib.
“Xocalıya Ədalət” kampaniyasının əlaqələndiricilərinə sertifikatlar təqdim olunub 03/11/2009
Bakıda Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Azərbaycan Republikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil etdiyi “Rəqəmsal texnologiyalar dövrü və yeni nəsil: İnformasiya kommunikasiya texnologiyaları sahəsində gənclərin biliklərinin artırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində noyabrın 3-də “Xocalıya Ədalət” kampaniyasının əlaqələndiriciləri ilə görüş olub.
Bakıda İnformasiya-Kommunikasiya Texnologiyalarının gəncliyin inkişafında rolu üzrə I Beynəlxalq konfrans keçirilir 02/11/2009
Noyabrın 2-də Bakıda “Hyatt-Regency-Naxçıvan” mehmanxanasında Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) Azərbaycan Repubikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil etdiyi “Rəqəmsal texnologiyalar dövrü və yeni nəsil: İKT sahəsində gənclərin biliklərinin artırılması” mövzusunda I Beynəlxalq konfrans öz işinə başlayıb.  
Leyla Əliyeva Moskvanın və Rusiya regionlarının ali təhsil məktəblərinin azərbaycanlı tələbələri ilə görüşüb 28/10/2009
Oktyabrın 28-də Moskvada, “Yunost” mehmanxanasında Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın Moskvanın və Rusiya regionlarının ali təhsil məktəblərinin azərbaycanlı birinci kurs tələbələri ilə görüşü olub.
Xocalı faciəsinin müsəlmanlara qarşı yönəldilmiş cinayətlərin sırasına salınması zəruri sayılıb 03/07/2009
İyulun 2-də Tunis Respublikasının Qamart şəhərində İSESKO-nun 10-cu Baş Konfransı işə başlayıb. Tunis Respublikasının Prezidenti Zeynalabdin Ben Ali açılış iclasında çıxış edib.
Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib 15/06/2009
Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Moskvada Azərbaycanın Respublika günü qeyd olunub 28/05/2009
Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə 28 May-Respublika gününə həsr edilmiş mərasim keçirilib.
Leyla Əliyeva “İzvestiya” qəzetinə müsahibə verib 30/04/2009
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis konfransından sonra Leyla Əliyevadan aldığımız musahibəni sizə təqdim edirik.