Bakıda VI beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi açılıb 18/11/2015
Bakı Ekspo Mərkəzində VI beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi (“CTE-2015”) öz işinə başlayıb.
Gəncədə Heydər Əliyev park-kompleksinin ərazisində 6 min ağac əkiləcək 17/11/2015
Şəhər icra hakimiyyətinin dəstəyi, YAP şəhər təşkilatının və İDEA İctimai Birliyi Gəncə resurs mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində ağacəkmə aksiyasına start verilib.
“Sevimli Bala” Şahmat və İncəsənət klubu tərəfindən keçirilən aksiyaya yekun vurulub 16/11/2015
IDEA İctimai Birliyinin, “ASAN xidmət”in və “Azersun Holding” MMC-nin birgə təşkilatçılığı ilə kağız tullantılarının toplanması ilə bağlı reallaşdırılan “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə dəstək olaraq “Sevimli Bala” Şahmat və İncəsənət Klubu tərəfindən keçirilən sosial aksiyaya yekun vurulub.
“Ekoloji Menecment” mövzusunda növbəti elmi seminar təşkil edilib 16/11/2015
Noyabrın 13-də IDEA İctimai Birliyinin Resurs Mərkəzində Qərb, Bakı Biznes, Bakı Avrasiya, Odlar Yurdu və Azərbaycan universitetlərinin tələbələri üçün “Ekoloji menecment” mövzusunda növbəti elmi seminar təşkil edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Dünya Diabet Gününə həsr edilən aksiya keçirilib 15/11/2015
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) uşaq endokrinologiyası kafedrasının pediatriya klinikasında Dünya Diabet Günü ilə əlaqədar aksiya keçirib.
Türkiyə Baş nazirinin adından ali qonaqların şərəfinə qəbul təşkil olunub 15/11/2015
Noyabrın 15-də Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun adından “Böyük İyirmiliyin” Sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə qəbul təşkil olunub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşüb 15/11/2015
Noyabrın 15-də Antalyada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşü olub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva "Biznes-20"/"Qadınlar-20" birgə sessiyasında iştirak ediblər 15/11/2015
Noyabrın 15-də “Böyük İyirmiliyin” Antalyada keçirilən Sammiti çərçivəsində “Biznes-20”/“Qadınlar-20” (“Business-20”/“Women-20”) birgə sessiyası təşkil olunub.
Antalyada ali qonaqların şərəfinə nahar verilib 14/11/2015
Noyabrın 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən Sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə nahar verilib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Antalyada Əlillərin Bərpa Mərkəzi ilə tanış olublar 14/11/2015
Noyabrın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyənin Antalya şəhərində Əlillərin Bərpa Mərkəzi ilə tanış olub.