Sabirabadda “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində aksiya keçirilib 06/11/2015
IDEA İctimai Birliyi, “ASAN xidmət” və "Azersun Holding" MMC-nin birgə təşkilatçılığı ilə Sabirabad “ASAN xidmət” mərkəzində kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində “Yaşıl dağ” sosial aksiyası keçirilib.
Leyla Əliyeva Rusiya Federasiyasının Gənclər Məsələləri üzrə Federal Agentliyinin rəhbəri Sergey Pospelovla görüşüb 05/11/2015
Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva Moskvada Rusiya Federasiyasının Gənclər Məsələləri üzrə Federal Agentliyinin rəhbəri Sergey Pospelovla görüşüb.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib 04/11/2015
Noyabrın 4-də Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya “Puşkin” medalını təqdim edib.
Gəncədə İDEA İctimai Birliyinin Resurs Mərkəzi yaradılıb 04/11/2015
İDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzi yaradılıb.
Birinci kanal Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin forumu haqqında 01/11/2015
“Bizim ölkələrdə müxtəlif dinlərin, müxtəlif millətlərin və xalqların nümayəndələrinə rast gəlmək olar. Onlar sülh, həmrəylik və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Azərbaycanda böyük rus mədəniyyətinə, rus ədəbiyyatına və incəsənətinə həmişə böyük sevgi ilə yanaşıblar. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan rusdilli təhsil tam həcmdə qorunub saxlanıb, Azərbaycanın ali məktəblərində də rus dilində təhsil almaq olar”.
Leyla Əliyeva Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin VI Forumunda iştirak edib 31/10/2015
Oktyabrın 31-də Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “RAGB: gənclərin layiqli gələcəyi naminə” mövzusunda VI Forumu keçirilib.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Mavi Dəniz Fondu”nun mütəxəssisi Rori Mur ilə görüşüb 26/10/2015
Oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Mavi Dəniz Fondu”nun (“Blue Marine Foundation”) Azərbaycanda səfərdə olan dəniz biomüxtəlifliyi üzrə mütəxəssisi Rori Mur ilə görüşüb.
“Bakı, mən səni sevirəm” kinolayihəsinin təqdimat mərasimi olub 23/10/2015
Oktyabrın 23-də Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Bakı, mən səni sevirəm” kinolayihəsinin Heydər Əliyev Mərkəzində təqdimat mərasimi olub.
Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi “Günəşli gün” aksiyasında iştirak edib 22/10/2015
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi “Günəşli gün” xeyriyyə aksiyasında iştirak edib.