Anar Ələkbərov: "Leyla Əliyeva valideyn himayəsindən məhrum olan körpə qızı övladlığa götürdü"
27/07/2015
Heydər Əliyev Fondu 10 ildən artıq müddətdə müxtəlif sahələr üzrə layihələr həyata keçirib. Lakin təhsil, səhiyyə, sosial problemlərin həlli Fondun fəaliyyətində ilk gündən prioritet istiqamət olub. Bu sırada valideyn himayəsindən məhrum olan uşaqlara və yeniyetmələrə, qaçqın və məcburi köçkün uşaqlarına, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım göstərilməsi Fondun əsas məqsədlərindən biridir.