Azərbaycan

Biz sizə ecazkar bir diyardan - Azərbaycandan, onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu diyarın qədim sakinlərindən - onun həyatından, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrindən söhbət açmaq istəyirik.

Bakı

Bakı əlverişli təbii-coğrafi şəraitə malik Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin qərb sahilində yerləşir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına açılan amfiteatr şəklindədir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 27 m aşağıdır. İqlimi quru subtropikdir. Azərbaycan paytaxtı 2130 km ərazini əhatə etməklə 11 inzibati rayondan ibarətdir.

Şuşa

Azərbaycanın cənub-qərbində yerləşən Yuxarı Qarabağ regionu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonlarını və Xankəndi şəhərini əhatə edir. 

Şəki

Azərbaycanın qədim və zəngin tarixə malik ərazilərindən biri Şəki-Zaqatala bölgəsidir. Yaşıl meşə örtüyü ilə zəngin olan ərazi ölkənin şimal-qərbində – Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir. Şəki-Zaqatala regionuna Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ inzibati rayonları daxildir.

Quba

Quba-Xaçmaz regionu Azərbaycanın şimal-şərqində yerləşir. Tərkibinə Xaçmaz, Quba, Qusar, Dəvəçi və Siyəzən inzibati rayonları daxildir.

Balakən

Dağlar qoynunda yerləşən Balakən Azərbaycanın ən gözəl guşələrindən biri olmaqla məftunedici təbiəti, zəngin flora-faunası ilə seçilir.

Gəncə

Gəncə-Qazax regionu respublikanın qərbində yerləşir. Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan şəhərlərini əhatə edir.

Qobustan

Abşeronun ən qədim tarixi abidələrindən biri bəşəriyyətin ilkin dövrlərinin öyrənilməsi baxımından əvəzsiz abidə olan və “açıq səma altında muzey” adlandırılan Qobustan Dövlət Tarixi-Bədii Qoruğudur. 

Naxçıvan

Naxçıvan Muxtar Respublikasının ərazisini əhatə edən Naxçıvan regionu şimalda və şərqdə Ermənistan Respublikası, cənubda İran İslam Respublikası və cənub-qərbdə Türkiyə Respublikası ilə həmsərhəddir. Regiona Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur və Kəngərli inzibati rayonları daxildir.

Lerik

Azərbaycan Respublikası ərazisinin cənub-şərq torpaqlarını əhatə edən Lənkəran regionuna Astara, Lənkəran, Yardımlı, Lerik, Masallı və Cəlilabad inzibati rayonları daxildir. Region şərqdə Xəzər dənizi, qərbdə və cənubda isə İran İslam Respublikası ilə həmsərhəddir.

Qusar

Quba-Xaçmaz regionu Azərbaycanın şimal-şərqində yerləşir. Tərkibinə Xaçmaz, Quba, Qusar, Dəvəçi və Siyəzən inzibati rayonları daxildir.

Şirvan

Əli Bayramlı şəhəri yerləşən bölgənin keçmişi ilə bağlı bəzi məqamlar tariximizin şanlı səhifələridir. E.ə. II və III minilliklərdən orta əsrlərə kimi Əli Bayramlı şəhərinin indiki ərazisindən keçən ən qədim karvan yolları Azərbaycanın bütün bölgələrini birləşdirirdi. 

Xızı

Azərbaycanın gözəl mənzərəli guşələrindən olan, uca dağların və yaşıl ormanların qoynunda yerləşən Xızı Bərmək mahalı çox əsrlik zəngin enişli və yoxuşlu yola bənzər bir tarixə malikdir. Bərmək həm dağ, həm mahal, həm də tayfa adıdır.

Kəlbəcər

Kəlbəcər-Laçın regionu Kiçik Qafqazın cənub-şərqində yerləşir. Qərbdə Ermənistan, cənubda isə İran İslam Respublikası ilə həmsərhəddir. Region Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edir.

Azerbaijan Map

Bakı

Şuşa

Şəki

Quba

Balakən

Gəncə

Qobustan

Naxçıvan

Lerik

Qusar

Şirvan

Xızı

Kəlbəcər