Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva birinci Avropa Oyunları çərçivəsində güləş yarışlarını izləyiblər

Video

13/06/2015

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri birinci Avropa Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Sarayında yunan-Roma güləşçilərinin mübarizəsini izləyiblər.

Azərbaycan idmançısı Rəsul Çunayev 71 kiloqram çəki dərəcəsində finalda macarıstanlı Balint Korpasini məğlub edərək qızıl medala sahib çıxıb.

Qaliblərin mükafatlandırılması mərasimində iştirak edən Prezident İlham Əliyev hər üç yerin sahibinə medalları təqdim edib.