Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Baku Crystal Hall”da yaradılmış şəraitlə tanış olublar 08/06/2015
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də birinci Avropa Oyunları zamanı idmanın bir neçə növü üzrə yarışların keçiriləcəyi “Baku Crystal Hall”da yaradılmış şəraitlə tanış olublar.
Prezident İlham Əliyev Dənizkənarı Milli Parkdakı “Sadko” limanında “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini qəbul edib 07/06/2015
Birinci Avropa Oyunlarının məşəli Azərbaycanın bölgələrinə və Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra iyunun 7-də paytaxt Bakıya gətirilib.
“Yaşıl Marafon” layihəsinə yekun vurulub 02/06/2015
2014-cü ilin noyabrında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Ümumrespublika Yaşıl Marafon” layihəsinə mayın 30-da yekun vurulub.
Leyla Əliyevanın baş redaktorluğu ilə “Ekoloji Menecment” dərs vəsaiti nəşr olunub 27/05/2015
Mayın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın baş redaktorluğu və IDEA İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə nəşr edilmiş iki cildlik “Ekoloji Menecment” dərs vəsaitinin təqdimatı olub.
Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb 25/05/2015
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb.
Leyla Əliyeva “İlin beynəlxalq dialoqu” mükafatına layiq görülüb 22/05/2015
Bakıda “The Business Year” jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib.
“Yaşıl Marafon” layihəsi çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində bir milyonuncu ağac əkilib 12/05/2015
Mayın 12-də “Yaşıl Marafon” layihəsi çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində bir milyonuncu ağac əkilib.      
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib 10/05/2015
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.      
Bakıdakı 1 nömrəli körpələr evinin yenidənqurmadan sonra açılışı olub 10/05/2015
Mayın 10-da Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.      
Xırdalan şəhərində məcburi köçkün ailələri üçün inşa edilmiş binanın açılışı olub 10/05/2015
Mayın 10-da Abşeron rayonunun Xırdalan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə məcburi köçkün ailələri üçün inşa edilmiş binanın açılışı olub.