Dekabrın 16-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, AMEA-nın həqiqi üzvi, professor Arif Məlikovun “Not əsərlərinin tam külliyyatı”nın təqdimat mərasimi keçirilib.
Dekabrın 13-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından İsrailin Baş naziri Benyamin Netanyahunun xanımı Sara Netanyahunun şərəfinə nahar verilib.
Nat Geo Wild telekanalı Qafqaz bəbiri ilə bağlı film hazırlayıb. Fotoqraf və rejissor Adrian Stern bunun üçün Azərbaycanda çəkilişlər aparıb. Ekspedisiyanın məqsədi çox nadir yırtıcı olan Qafqaz bəbirini lentə almaq olub.
Dekabrın 2-də İçərişəhərdəki “Art Garden” sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə azərbaycanlı kulinar, yazıçı və fotoqraf Stalik Xankişiyevin “Kazan, kulinarnıy samouçitel” və “Plov, kulinarnoye issledovaniye” kitablarının təqdimatı keçirilib.
Noyabrın 15-də IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Qafqaz Təbiəti Mərkəzi” Muxtar Qeyri-Kommersiya Təşkilatının Moskva şəhərində yerləşən baş qərargahında təşkilatın baş direktoru Renata Şyuşayte ilə görüşüb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) İntellektual Klubu Moskvada “Nə? Harada? Nə vaxt?” oyunlarının payız seriyasını keçirib.