Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın “Puşkin” medalı ilə təltif edilib 22/10/2015
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın “Puşkin” medalı ilə təltif edilməsi haqqında Fərman imzalayıb.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva WildCru təşkilatının direktoru ilə görüşüb 21/10/2015
Oktyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Oksford Universitetinin Zoologiya Departamenti nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının (WildCru) direktoru professor Devid Makdonald və həmin təşkilatın elmi işçisi Don Burnhem ilə görüşüb.
Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının direktoru Devid Makdonald Azərbaycanda bir sıra görüşlər keçirib 21/10/2015
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın dəvəti ilə Oksford Universitetinin zoologiya departamenti nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının (WildCru) direktoru, biomüxtəlifliyin mühafizəsi üzrə dünya şöhrətli mütəxəssis professor Devid Makdonald 19-22 oktyabr tarixlərində ölkəmizə səfər edib.
Moskvada “Leto AMOR-2015” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb 19/10/2015
Rusiyanın Azərbaycan Gənclər Birliyi (RAGB) Moskvada 18 oktyabr - Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib. Tədbir çərçivəsində “Leto AMOR-2015” fotomüsabiqəsinin qalibləri də mükafatlandırılıb.
RAGB-in təşkilatçılığı ilə İjevskdə “Nə? Harada? Nə vaxt?” intellektual oyunu keçirilib 15/10/2015
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB), Udmurtiya Respublikasında (Rusiya) fəaliyyət göstərən “Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi” regional qurumunun təşkilatçılığı və Udmurtiya Milli Siyasət Nazirliyinin dəstəyi ilə İjevskdə “Nə? Harada? Nə vaxt?” intellektual oyunu keçirilib.
IDEA-nın layihəsi çərçivəsində bəbirlərin sayının artırılması və təbiətə buraxılması üçün karantin mərkəzin tikintisi nəzərdə tutulur 13/10/2015
IDEA - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyi Azərbaycanın, həmçinin Qafqaz regionunun biomüxtəlifliyinin mühafizəsi və zənginləşdirilməsi, eləcə də bu gün zövq aldığımız təbiət gözəlliklərinin gələcək nəsillərə ötürülməsinə xüsusi həssaslıqla yanaşır.
IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə gənclər üçün təlim keçirib 07/10/2015
IDEA İctimai Birliyi Ümumdünya Quşları Müşahidə Günü ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə quşların və məməli heyvanların payız sayğısı çərçivəsində gənclər üçün təlim keçirib.
Buzovna çimərliyi ərazisində könüllülərin iştirakı ilə təmizlik aksiyası təşkil edilib 05/10/2015
IDEA İctimai Birliyi “Beynəlxalq Təmizlik Həftəsi” ilə əlaqədar “Təmiz Şəhər” ASC ilə birlikdə Buzovna çimərliyi ərazisində könüllülərin iştirakı ilə növbəti təmizlik aksiyası təşkil edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırmasına əsasən, Buzovna sahillərinin Bakının ən çox çirkləndirilən çimərliyi olduğu aşkar edilib. Məhz bu səbəbdən təmizlik aksiyası həmin ərazidə həyata keçirilib.
Sizin DNT nədən xəbər verir? 01/10/2015
Britaniya xərçəng xəstəlikləri ilə mübarizə cəmiyyətinin (Cancer Research UK) xeyriyyə hərracında  DNT malekulunu xatırladan 20-dən çox iri heykəltəraşlıq əsəri satışa çıxarılıb. Onların arasında Leyla Əliyevanın "Portağal ağacı" əsəri də var. 
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə tədbiri keçirilib 25/09/2015
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi, Rusiya Müftiləri Şurası və “İhlas” Xeyriyyə Fondu birlikdə müqəddəs Qurban bayramı münasibətilə Moskvada xeyriyyə tədbiri keçiriblər.