Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Şuşa Qalası, Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarları (XVIII əsr)
Şuşa
Azərbaycanın cənub-qərbində yerləşən Yuxarı Qarabağ regionu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonlarını və Xankəndi şəhərini əhatə edir.

Azərbaycanın cənub-qərbində yerləşən Yuxarı Qarabağ regionu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonlarını və Xankəndi şəhərini əhatə edir. Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl rayonlarının və Xankəndi şəhərinin əraziləri tamamilə, Ağdam, Füzuli və Tərtər rayonlarının əraziləri isə qismən Ermənistan Respublikası tərəfindən işğal olunmuşdur. Qarabağ regionu təkcə Cənubi Qafqazda deyil, həm də Avrasiya məkanında ən qədim yaşayış məskənlərindən biri hesab olunur. Azıx mağarasında aparılan arxeoloji qazıntılar nəticəsində Qafqaz və Ön Asiya ərazisində ən qədim mədəniyyət hesab edilən Quruçay arxeoloji mədəniyyəti (2 milyon – 700 min il əvvəl) kəşf edilmişdir. Abidənin Aşağı Paleolit təbəqəsindən aşkar edilmiş ibtidai insanın çənə sümüyü qalığının təxminən 350-400 min il yaşı olması müəyyən edilmişdir. Keçmiş SSRİ ərazisində ilk, dünyada isə üçüncü olan bu tapıntı Azərbaycanın ən qədim insanların formalaşdığı ərazilərdən biri olduğunu sübut edir. Qarabağ ərazisində qeydə alınmış digər arxeoloji abidə – Erkən Daş dövrünə aid edilən Tağlar mağarası da qədim insanların məskən saldığı ərazilərdən hesab edilir. Qarabağda e.ə. II minilliyə aid Xocalı-Gədəbəy mədəniyyətini özündə əks etdirən tarixi mədəniyyət abidələri var. Bu ərazi e.ə. IV əsrdən – eramızın VIII əsrinin əvvəllərinədək Azərbaycan Alban dövlətinin, VIII-XII əsrlərdə Sacilər, Salarilər, Rəvvadilər dövlətlərinin, Səlcuq imperiyasının və Azərbaycan Eldənizlər (Atabəylər) dövlətinin, XIII-XV əsrlərdə Elxanilər (Hülakilər), Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, 1501-1736-cı illərdə Azərbaycan Səfəvilər dövlətinin, 1748-1821-ci illərdə isə Qarabağ xanlığının tərkibində olmuşdur. 1805-ci ildə çar Rusiyası ilə imzalanmış Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı Rusiya imperiyasının himayəsini qəbul etmişdi. Şimali Azərbaycan Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra zaman-zaman ermənilər bu əraziyə kütləvi surətdə köçürülməyə başlanmışdır. 1923-cü il iyulun 7-də Azərbaycan xalqının iradəsi əleyhinə olaraq mərkəzi sovet h.kuməti vaxtilə İrandan və Osmanlı imperiyası ərazisindən buraya köçürülən ermənilərə muxtariyyət hüququ vermiş və Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmışdır. Beləliklə, regionun dağlıq hissəsində sayca çoxluq təşkil edən ermənilər 1988-ci ilin əvvəllərində mərkəzi h.kumətin bilavasitə təhriki ilə vilayəti Azərbaycan SSR-dən ayırıb Ermənistan SSR-ə birləşdirmək niyyəti ilə separatçı-terrorçu çıxışlara başladılar. Bu çıxışlar bir qədər sonra silahlı münaqişəyə çevrildi. Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü iki ölkə arasında müharibəyə gətirib çıxardı. Ermənistan bəzi dövlətlərin birbaşa hərbi yardımı nəticəsində Yuxarı Qarabağı və onun ətrafındakı yeddi rayonu işğal etdi. Dəniz səviyyəsindən 1400 m yüksəklikdə yerləşən Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşid Banu Natəvanın ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, Daşaltı dərəsi, Şuşa, Xəzinəqala mağaraları buranın maraqlı tarixi memarlıq və təbiət abidələri idi. Şuşa şəhəri yaxınlığındakı gözəl mənzərəli sıx meşədə yerləşən İsa bulağı Azərbaycanın ən məşhur istirahət yerlərindən biri olmuşdur. Cəbrayıl rayonu ərazisində VII əsrə aid 11 tağlı və XI əsrə (1027-ci il) aid 15 tağlı Xudafərin körpüləri bölgənin çox qiymətli memarlıq abidələrindəndir. Şuşa Azərbaycanın musiqi məbədidir. Əsrlər boyu zəngin musiqi ənənələri ilə məşhur olmuş Şuşanı Qafqazın konservatoriyası adlandırırdılar. Erməni işğalçıları tərəfindən talan edilmiş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı.