Dağlar qoynunda yerləşən Balakən Azərbaycanın ən gözəl guşələrindən biri olmaqla məftunedici təbiəti, zəngin flora-faunası ilə seçilir. Nadir təbiəti ilə tanınan Zaqatala Dövlət Qoruğunun böyük hissəsini Balakən dağları əhatə edir. Təbiətin möcuzələrindən olan Katex şəlaləsi də bu bölgədə yerləşir. Rayonda turizmin inkişafı məqsədilə 5 turizm zonası üzrə 12 turist marşrutu müəyyən edilmişdir. Hal-hazırda Balakən rayonunda turizm marşrutlarının işlək vəziyyətə gətirilməsi lazımi tədbirlər görməklə yanaşı qədim tarixi yerlərin ətrafında qismən abadlıq işləri aparılmış, mövcud turist marşrutları aidiyyəti şöbə tərəfindən təkmilləşdirilmiş və dürüstləşdirmə işləri aparılmışdır. Balakən-Sudönən, Balakən-Arılıq, Balakən-Qaraçay, Balakən-Katex şəlaləsi, Kükürdlü bulaq (sanatoriya), Balakən-Mazımçay və s.ərazilər ecazkar təbiətə malik olmaqla ekoloci cəhətdən saf, təmiz suyu, təbii bulaqları, şəlalələri ilə zəngindir. Ərazi hər tərəfdən otlaqlar və sıx meşə zolaqları ilə örtülüdür, həmcinin iri dağ çayları axır.