Dekabrın 20-də Rusiya Federasiyasının Həştərxan şəhərində, Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsinin təntənəli açılış mərasimi olub.
Dekabrın 20-də Rusiyanın Həştərxan şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə yeni uşaq bağçasının təməlqoyma mərasimi keçirilib.
Moskvadakı “Baku” Kinokonsert Kompleksində Rusiya paytaxtının internat və uşaq evlərinin yetirmələri, habelə Azərbaycan etnomədəni komponentli 157 nömrəli və gürcü etnomədəni komponentli 1331 nömrəli məktəblərin şagirdləri üçün Yeni il şousu təşkil edilib.
RF Federal Məclisinin orqanı olan “Parlamentskaya qazeta”nın mətbuat mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) ilə birlikdə, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Ürəyimin bir parçası Rusiyadadır” devizi altında mətbuat nümayəndələri üçün qəbul olub.
IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və “YARAT” Müasir İncəsənət Məkanı “Tullantıdan incəsənətə” adlı müştərək layihə həyata keçiriblər.
Moskvada, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında yazıçı-publisist, Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” roman-tədqiqatının V və VI cildlərinin təqdimat mərasimi keçirilib.