Leyla Əliyeva Bakıda bir neçə internat məktəbində, körpələr və uşaq evlərində olub 30/09/2013
Sentyabrın 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində, Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsində, Nəsimi rayonundakı 1 nömrəli körpələr evində, Nərimanov rayonundakı psixonevroloji uşaq evi və Daun Sindromlu Şəxslərin Assosiasiyasında olublar.
Leyla Əliyeva Bakıda bir sıra uşaq evlərində olub 28/09/2013
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 27-də Bakının Nizami rayonundakı 1 nömrəli, Xətai rayonundakı 3 nömrəli və Suraxanı rayonunun “Yeni Günəşli” yaşayış massivindəki 2 nömrəli uşaq evlərinin sakinləri ilə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb.
Leyla Əliyeva Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbi ilə tanış olub 28/09/2013
Sentyabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dövlət Sərhəd Xidmətinin Mərdəkandakı xüsusi məktəbində olub.
Leyla Əliyeva Bakıda məktəbəqədər təhsil müəssisələrinin və poliklinikanın açılışında iştirak edib 26/09/2013
Sentyabrın 25-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 289 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışı olub. 
IDEA interaktiv seminar keçirib 26/09/2013
Ekoloji sahədə gənclərin maarifləndirilməsini özünün əsas hədəflərindən biri kimi müəyyənləşdirən IDEA (International Dialogue for Environmental Action) kampaniyası hər il dünyada 25 sentyabr tarixində qeyd olunan “Ümumdünya dəniz günü” ilə əlaqədar “Dünyanın su hövzələrinin çirklənməsi kontekstində şirin su ehtiyatlarının azalması” mövzusunda interaktiv seminar keçirib.
Bakının Nizami rayonunda uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün inşa edilmiş yaşayış binası istifadəyə verilib 26/09/2013
Uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nizami rayonunda inşa olunmuş yaşayış binası sentyabrın 26-da istifadəyə verilib.
Leyla Əliyeva Nizami rayonundakı 172 və 190 nömrəli körpələr evi-uşaq bağçalarının yenidənqurmadan sonra açılışında iştirak edib 26/09/2013
Sentyabrın 26-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar Nizami rayonundakı 172 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışında iştirak ediblər.
IDEA Ətraf Mühit Kampaniyası “Atmosferin çirklənməsi ilə mübarizə üsulları” mövzusunda interaktiv seminar təşkil edib 17/09/2013
IDEA Ətraf Mühit Kampaniyası 16 sentyabr - Beynəlxalq ozon qatının mühafizəsi günü ilə əlaqədar “Atmosferin çirklənməsi ilə mübarizə üsulları” mövzusunda interaktiv seminar təşkil edib.
Leyla Əliyevanın təşəbbüsü ilə “Gənclər mühitində mədəniyyətlərarası dialoq” mövzusunda konfrans keçirilib 12/09/2013
2013-cü il sentyabrın 7-də “Etnomir” mədəniyyət-təhsil turizm mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin iştirakı və “Mədəniyyətlərarası dialoq – vahid dünya” fondunun dəstəyi ilə təşkil edilmiş “Gənclər mühitində mədəniyyətlərarası dialoq” mövzusunda konfransı keçirilib.
IDEA Kampaniyası təcrübə proqramına yenidən başlayır 24/08/2013
Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası (IDEA-International Dialogue for Environmental Action) gənclərin ali məktəbdə qazandıqları nəzəri bilikləri təcrübədə tətbiqinə şərait yaratmaq, araşdırma qabiliyyətlərini inkişaf etdirmək və onları peşəkar iş mühiti ilə tanış etmək məqsədi ilə təcrübə proqramının yeni mövsümünə başlayır.