Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Kəlbəcər-Laçın regionu Kiçik Qafqazın cənub-şərqində yerləşir. Qərbdə Ermənistan, cənubda isə İran İslam Respublikası ilə həmsərhəddir. Region Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edir.

Kəlbəcər-Laçın regionu Kiçik Qafqazın cənub-şərqində yerləşir. Qərbdə Ermənistan, cənubda isə İran İslam Respublikası ilə həmsərhəddir. Region Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edir. Ərazisi Ermənistan tərəfindən tamamilə işğal olunmuş bu region ən qədim insanların məskən saldığı bir məkandır. Kəlbəcər rayonu ərazisində aşkar olunmuş Zar mağarası qədim Daş dövrünə, qayaüstü təsvirlər isə Tunc dövrünə aiddir. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşikçi qalaların qalıqları müasir dövrə qədər gəlib çatmışdır. Kəlbəcər-Laçın b.lgəsinin ərazisi e.ə. IV – b.e. VII əsrlərində Qafqaz Albaniyası dövlətinin, daha sonra Ərəb xilafətinin (VIII–IX əsrlər), Azərbaycan feodal dövlətlərinin (IX-XI əsrlər), Səlcuq imperiyasının və Azərbaycan Eldənizlər (Atabəylər) dövlətinin, Elxanilər (XIII-XIV əsrlər), Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin (XV əsr), Azərbaycan Səfəvilər dövlətinin (1501-1736-cı illər), Qarabağ xanlığının (1748-1822-ci illər) tərkibində olmuşdur. Bu ərazilərdə olan abidələrin əksəriyyəti Azərbaycan Alban dövlətinin yadigarlarıdır və xristianlıqdan əvvəlki d.vrə aiddir. Kəlbəcər rayonunun Vəngli kəndində 1216-1238-ci illərə aid alban mədəniyyətinə şamil edilən Gəncəsar məbədi və Tərtər çayının sahilində XIII-XVII əsrlərə aid Xudavəng məbədi əhəmiyyətli memarlıq abidələri hesab olunur. Çərəkdar kəndində alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisindəki Lök qalası, Qaraçanlı kəndində Uluxan qalası, Qalaboynu qalası, Comərd qalası, Keşikçi qalası, bir neçə məscid, Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Laçın rayonudakı V əsrə aid mağara-məbəd, XIII əsrə aid mavzoley, XVI əsrə aid Kafir qalası, XVII əsrə aid Hamazasultan sarayı, XVIII əsrə aid k.rpü, Qubadlı rayonunda yerləşən Laləzar, Hacıbədəl adlanan qədim k.rpülər, Gavur dərəsindəki mağaraməbədi, V əsrdən qalan qüllələr və mavzoleylərin əksəriyyəti təəssüf ki, erməni işğalçıları tərəfindən dağıdılmışdır. Region zəngin flora və faunaya malik idi. Zəngilan ərazisindəki dağlıq hissələrdə sıx meşələr yayılmışdı. Bəsitçay Dövlət Təbiət Qoruğunda şərq çinarının təbii meşəsi isə respublikamızda ən böyük çinar meşəliyi hesab olunurdu. Acınacaqlı haldır ki, şərq çinarlarının qorunduğu Bəsitçay Dövlət Qoruğu da hazırda erməni təcavüzkarlarının işğalı altındadır və kütləvi şəkildə qırılmışdır. Bu diyar özünün mineral, o cümlədən termal suları ilə məşhur idi. Kəlbəcər rayonunun İstisu qəsəbəsindəki müalicəvi əhəmiyyətli mineral suların kimyəvi tərkibi bəzi göstəricilərə görə dünya şöhrətli suların tərkibindən daha üstündür. Laçın rayonunun mineral bulaqları isə vaxtilə məşhur Narzan suyu ilə müqayisə olunurdu.