Vyanada, Londonda, Parisdə və olduğum bir çox digər şəhərlərdə, dünyanın ən gözəl mədəniyyət mərkəzlərində “Baku” jurnalını görürəm. Bu isə o deməkdir ki, Azərbaycanda mədəni diplomatiya var.
Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonuna start verilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi uşaqlar üçün “Şən bəbirlər” adlı ekoloji müsabiqə elan edir.
Oktyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sankt-Peterburqun Qoroxovaya küçəsindəki 6 nömrəli binaya vurulmuş barelyefi qarşısında ulu öndərin xatirəsini yad edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində bir neçə uşaq evində və internat məktəbində olub.
Rusiyanın ən nüfuzlu ali məktəblərindən biri - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MDBMİ) 70 illik yubileyini qeyd edir. Bununla əlaqədar, Moskvada MDBMİ məzunlarının II Beynəlxalq Forumu keçirilib.
Oktyabrın 13-də Rusiyanın ən nüfuzlu ali məktəblərindən biri - Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MDBMİ) 70 illik yubileyini qeyd edib.
Oktyabrın 11-də Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə “Baku Crystal Hall”da “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousu keçirilib.
Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “Eko Rəsm Gündəliyi-2014” Beynəlxalq müsabiqəsinin milli mərhələsinin qaliblərini mükafatlandırma mərasimi keçirilib.
Oktyabrın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və ailə üzvləri İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət ediblər.