“Üns” Yaradıcılıq Səhnəsində tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirilib 14/02/2014
Fevralın 14-də “Üns” Yaradıcılıq Səhnəsinin təşkilatçılığı ilə tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirilib.
Dənizkənarı Milli Parkda “Məhəbbət ağacı” layihəsinin təqdimatı olub 14/02/2014
Fevralın 14-də Dənizkənarı Milli Parkda “Məhəbbət ağacı” layihəsinin təqdimatı olub.
“Hər kağızı bir yarpağa dəyişək” layihəsi davam edir 13/02/2014
IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “Təmiz Şəhər” ASC-nin birgə həyata keçirdikləri “Hər kağızı bir yarpağa dəyişək” layihəsi davam edir.
Koreya dilində Xocalı soyqırımı haqqında sayt və Facebook səhifəsi fəaliyyətə başlayıb 10/02/2014
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Koreya dilində Xocalı soyqırımı haqqında sayt fəaliyyətə başlayıb.
“Euronews” telekanalında “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi ilə bağlı süjet yayımlanıb 10/02/2014
Dünyanın nüfuzlu “Euronews” televiziya kanalında Bakıda, Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun və “Baku” jurnalının birgə təşkilatçılığı ilə açılmış “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi haqqında süjet yayımlanıb.
IDEA, “ASAN xidmət” və “Təmiz Şəhər”" birgə layihəyə başlayır 02/02/2014
IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” adlı birgə layihəyə start verilib.
Leyla Əliyeva: “Bakı hər sahədə, o cümlədən musiqi mədəniyyətində bənzərsizliyini qoruyub saxlaya bilib” 31/01/2014
“Bir ildən başqa bir ilə qədəm qoymaq bir çox xoş hiss və duyğularla müşayiət olunur. Burada həm Yeni il yolkasının könülaçan ətri, hədiyyələrin büküldüyü kağızların xəfif xışıltısı, bayram yeməklərinin ləziz dadı, sənə yaxın adamların göz oxşayan bərbəzəyi və əlbəttə ki, musiqi var. Doğma olan “V lesu rodilas yoloçka” mahnısından tutmuş, ildə bir dəfə hər bir evdə səslənən ötən illərin çoxsaylı hit mahnılarınadək”. Bu sözləri “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva jurnalının redaktor səhifəsində yazıb.
IDEA “Eko Ev” müsabiqəsi elan edir 31/01/2014
IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Day.Az xəbər portalının dəstəyi ilə “Eko Ev” adlı layihəyə start verir.
Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada təhsil alan əlaçı azərbaycanlı tələbələr üçün təqaüdlər ayrılıb 27/01/2014
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın ali məktəblərində təhsil alan əlaçı azərbaycanlı tələbələr üçün təqaüdlər ayrılıb.
Leyla Əliyeva BMT-nin Ətraf Mühit Proqramının Nayrobidəki mənzil-qərargahında olub 13/01/2014
Yanvarın 13-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Keniyanın paytaxtı Nayrobidəki mənzil-qərargahında olub.