Leyla Əliyeva “Buta” sarayında uşaqlar üçün təşkil olunmuş bayram şənliyində iştirak edib
28/12/2012
Dekabrın 27-dən 29-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, yetim və valideyn himayəsindən məhrum, o cümlədən Daun Sindromlu Şəxslərin Assosiasiyası, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya mərkəzi, A.S.Makarenko adına humanitar fənlər təmayüllü ümumtəhsil internat məktəbi, Psixonevroloji Uşaq Evi, kor və zəif görənlər üçün respublika orta internat məktəbindəki və təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirilir. Şənliklərə gəlmək üçün Fond tərəfindən xüsusi avtobuslar ayrılıb.
Leyla Əliyeva Bakının Nəsimi, Xətai və Suraxanı rayonlarındakı uşaq evlərinin sakinləri ilə görüşüb
27/12/2012
Dekabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Nəsimi rayonundakı 1 nömrəli uşaq evində olub. Leyla Əliyevaya məlumat verildi ki, bina 1930-cu ildə tikilib və iki ildən sonra uşaq evi kimi fəaliyyətə başlayıb. Uşaq evi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə yenidən qurulub. Burada atılmış və imtina edilmiş 4 yaşadək uşaqlar yaşayır.
Moskvanın və Rusiya regionlarının uşaq evləri və uşaq xəstəxanalarında xeyriyyə aksiyaları keçirilib
26/12/2012
Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada və Rusiyanın 25-dən çox regionunda Yeni il münasibətilə xeyriyyə aksiyaları keçirilib. Fondun Rusiya nümayəndəliyinin əməkdaşları ənənəyə sadiq qalaraq hər il olduğu kimi, bu il də Yeni il ərəfəsində Rusiya paytaxtının Uşaqlara Elmi-Praktiki Tibbi Yardım Mərkəzində və bir neçə uşaq evində olublar.
YouTube veb-saytında Leyla Əliyevanın rəsmi səhifəsi yaradılıb
26/11/2012
Bütün dünyada populyar olan YouTube veb-saytında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, “Baku” beynəlxalq jurnalının baş redaktoru, İDEA ekoloji kampaniyasının təsisçisi Leyla Əliyevanın rəsmi səhifəsi (http://www.youtube.com/user/LeylaAliyevachannel) yaradılıb.
“Baku” jurnalının 5 illiyi Bakıda qeyd olunub
17/11/2012
Noyabrın 17-də Bakıda beşulduzlu “Four Seasons Hotel Baku”nun açılışına həsr olunmuş təntənəli gecə keçirilib və “Baku” jurnalının nəşrinin 5 illiyi ilə bağlı sərgi açılıb. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisiçisi və baş redaktoru Leyla Əliyeva iştirak edib.