Leyla Əliyevanın təşəbbüsü ilə Böyük Britaniya parlamentində konfrans keçirilib
08/11/2012
Noyabrın 8-də Londonda, Böyük Britaniya parlamentində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, bu ölkədə fəaliyyət göstərən İngiltərə-Azərbaycan Cəmiyyətinin və “Odlar Yurdu” qurumunun təşkilatçılığı ilə “Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans keçirilib.
Leyla Əliyeva Berlində “Bakıya uçuş” sərgisinin açılışında iştirak edib
02/11/2012
Almaniya paytaxtının məşhur “Collectors room” sərgi mərkəzində Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin və “Baku international” jurnalının birgə təşkilatçılığı ilə “Bakıya uçuş” müasir Azərbaycan incəsənət sərgisinin açılış mərasimi keçirilib. Noyabrın 17-dək davam edəcək sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi Parisdə qeyd edilib
27/10/2012
Oktyabrın 27-də Parisin “Salle Pleyel” sarayında Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
RAGT yaxınlaşdırır
15/10/2012
“Rossiyskaya qazeta”da Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) oktyabrın 12-13-də keçirilmiş tədbirləri haqqında məqalə dərc olunub. Marina Alyoşinanın “RAGT yaxınlaşdırır” sərlövhəli məqaləsində oxucuların diqqətini Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının illik konfransının mühüm məqamlarına cəlb edilir.
IDEA və Rusiya WWF bəbirlərin Qafqaza qaytarılması ilə məşğul olacaq
12/10/2012
Qafqazda bəbir və zubrların populyasiyasının bərpası, eləcə də regionun təbiətinin qorunması Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən əsası qoyulmuş IDEA təşkilatı arasında imzalanmış əməkdaşlıq sazişinin əsas məqsədlərini təşkil edir.
Leyla Əliyeva yekdilliklə yenidən RAGT sədri seçilib
12/10/2012
Moskvada “Holidey İnn Sokolniki” mehmanxanasının “Krımski val” konfrans salonunda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) dördüncü hesabat-seçki konfransı keçirilib. Konfransda RAGT-nin Moskva və regional bölmələrinin 104 nümayəndəsi iştirak edib.